Arsak

Tarixi Qafqaz Albaniyası əraziləri
Arsak
Ümumi məlumatlar
Ölkə Qafqaz Albaniyası
Böyük Ermənistan
Əhalisi Antik dövr: albanlar, qarqarlar.
Orta əsrlər:azərbaycanlılar, ermənilər.
Müasir dövr: azərbaycanlılar, ermənilər.
Xəritədə yeri
Arsak xəritədə
Arsak xəritədə
Arsak
Arsak

Arsak (erm. Արցախ[1]) və ya Orxistena (yun. Ὀρχιστηνή[2]) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antikorta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, CəbrayılŞuşa rayonlarının ərazisini əhatə etmişdir.

Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi.

Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar.[3] E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının[4] Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın BizansSasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır.

X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır. Həsən-Cəlal sülaləsinin idarə etdiyi Xaçın knyazlığı müxtəlif dövrlərdə Şəddadilər dövləti, Gürcüstan çarlığı, Azərbaycan Atabəyləri, Hülakülər, AğqoyunlularSəfəvilərdən vassal asılılığında olmuş, lakin varlığını XVI əsrə qədər davam etdirmişdir.

  1. Акопян, Мелик-Бахшян, Барсегян, 1986
  2. Hewsen, 1992. səh. 193
  3. Hewsen, Robert H. Ethno-History and the Armenian Influence upon the Caucasian Albanians (in Thomas J. Samuelian, ed., Classical Armenian Culture: Influences and Creativity). Pennsylvania: Scholars Press. 1982.

    What do we know of the native population of these regions — Arc’ax and Utik — prior to the Armenian conquest? Unfortunately, not very much. Greek, Roman, and Armenian authors together provide us with the names of several peoples living there, however — Utians, in Otene, Mycians, Caspians, Gargarians, Sakasenians, Gelians, Sodians, Lupenians, Balas[ak]anians, Parsians and Parrasians — and these names are sufficient to tell us that, whatever their origin, they were certainly not Armenian.

  4. Каланкатуаци, Мовсес. История страны Алуанк (Перевод с древнеармянского Ш.В.Смбатяна). Ереван: Институт древних рукописей им. Маштоца – Матенадаран. 1984. 2020-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.

    Вслед за этим он (Вачаган III Благочестивый) повелел жителям Арцаха, страны труднодоступной, находящейся под его властью, оставить обряды идолопоклонства и жертвоприношения, и поклонения скверным идолам.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search